بسم اللله الرحمن الرحيم
Mərhəmətli və bağışlayan Allahın adı ilə.
Giriş:
Qurani-Kərimdə Allah təbarakə və təalə buyurur:
وَلِلَّهِ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ فَٱدۡعُوهُ بِهَاۖ وَذَرُواْ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ أَسۡمَٰٓئِهِۦۚ سَيُجۡزَوۡنَ مَا كَانُواْ يَعۡمَلُونَ.
سورة الاعراف ١٨٠
“Ən gözəl adlar Allaha məxsusdur. Onu həmin adlarla çağırın (dua edin) və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır).”
“Əraf" surəsi, 180.
Rasulullahdan rəvayət olunub:
ان لله (عز و جل) تسعة و تسعين اسما. من دعا بها استجيب له. و من احصاها دخل الجنة.
Allahın (əzzə və cəll) 99 adı var. Kim onlarla dua etsə onun üçün müstəcəb olar. Kim onları əhatə etsə (bilsə, mənalarını dərk etsə və onlara etiqadı olsa) cənnətə daxil olar.
Hörmətli oxucular üçün Allahın adlarının qısa izahını təqdim etmək istəyirəm. Bu işdə Allaha təvəkkül edib Ondan Muhəmməd və onun pak Əhli-beytinə xatir kömək istəyirəm.
99 adın hamısı mötəbər rəvayətlərdə varid olub. Misal olaraq şeyx Səduqun "Ət-təvhid" kitabını zikr etmək olar. İstəyənlər müraciət edə bilər.
Allahın adları aşağıdakilardır:
الله, الإله, الواحد, الأحد, الصمد, الأوّل, الآخر, السميع, البصير, القدير, القاهر, العليّ, الأعلى, الباقي, البديع, البارئ, الأكرم, الطاهر, الباطن, الحيّ, الحكيم, العليم, الحليم, الحفيظ, الحقّ, الحسيب, الحميد، الحفيّ, الربّ, الرحمن, الرحيم, الذارئ, الرزّاق, الرقيب, الرؤوف الرائي, السلام, المؤمن, المهيمن, العزيز, الجبّار, المتكبّر, السيّد, السبّوح، الشهيد, الصادق, الصانع, الطاهر, العدل, العفوّ, الغفور, الغنيّ, الغياث, الفاطر, الفرد, الفتاح, الفالق, القديم, الملك, القدّوس, القوّي, القريب, القيّوم, القابض, الباسط, قاضي الحاجات, المجيد, المولى, المنان, المحيط، المبيّن, المقيت, المصوّر, الكريم, الكبير, الكافي, كاشف الضرّ, الوتر, النور, الوهّاب, الناصر, الواسع, الودود, الهادي, الوفي, الوكيل, الوارث، البرّ, الباعث, التوّاب, الجليل, الجواد, الخبير, الخالق, خير الناصرين, الديّان, الشكور, العظيم, اللطيف, الشافي
İndi Allahın köməyi ilə bunların izahına başlayırıq.
الله Allah
“Vacib-əl-vucud” (heç bir şeydən asılı olmayan öz-özlüyündə mövcüd olan varlıq) üçün qoyulmuş xüsusi isimdir. Zikr və duada adların ən alisidir və bütün adlar bu ada qayıdır.
Bu ad ancaq Allaha məxsusdur. Başqası nə həqiqi, nə də məcazi mənada bu adda şərik ola bilməz.
Bu adın əsli "İlah"dan götürülüb, mənası isə ibadət olunan deməkdir.
الواحد, الاحد Əl-Vahid, Əl-Əhəd
Bunların mənası təkdir, şəriki yoxdur. Lakin “Əl-Vahid” zatda şərikin olmadığını, “Əl-Əhəd” isə sifətlərdə şərikin olmadığını tələb edir.
الصمد Əs-Saməd
Bu o ağadır ki, Ona ehtiyaclar üçün üz tutulur. Yəni bütün ehtiyaclar Ondan istənilir və o ehtiyacların təmin olunmasında Ona üz tutulur.
الاول, الاخر Əl-Əvvəl, Əl-Axər
Bütün şeylərdən əvvəl olan və başlanğıcı olmayandır. Bütün məxluqatın məhv olunmasından sonra qalan, nəhayəti olmayandır. O, başlanğıcı olmadan birincidir və nəhayəti olmadan axrıncıdır.
السميع Əs-Səmi
Yəni eşidən. Onun eşitməyi eşidilən şeylər barəsində olan elmindən ibarətdir. Bütün pıçıltı və sirri şeyləri eşidəndir. Uca və asta səs, danışıq və süküt Onun üçün eynidir. Həmin adın qəbul edən mənası da var. Çünki O, duaları eşidən və qəbul edəndir.
Namazda deyirik: "Səmiəllahu limən həmidəh" - mənası isə "Allah Ona həmd edənin həmdini qəbul etsin" deməkdir. Deyilib ki, "Əs-Səmi"nin mənası odur ki, O, eşidilən şeylər barəsində elmi olandır. Ondan heçnə gizli qalmır.
البصير. Əl-Bəsir
Gizli və görünən şeylər barəsində elmi olandır.
القدير Əl-Qədir
Hər şeyə qüdrəti olandır. Heç bir şeyin qabağında aciz deyil.
القااهر. Əl-Qahir
Zalımları ram edəndir. İnsanı həyatla və ölümlə ram edəndir. Bütün şeyləri özünə ram edəndir. Yəni istədiyinə qarşı heç bir şey qarşı çıxa bilməz.
العلي Əl-Əliy
Onun rütbəsindən yuxarı rütbə yoxdur. Məxluqatların sifətlərindən uca olandır. Qudrətdə ən üstün olandır.
الاعلى. Əl-Ə`la
Qələbə çalan, başqasından üstün olandır. Oxşarlıqdan və ziddiyyətdən uzaq olan mənasında da olur.
الباقي. Əl-Baqi
Aradan getməyən, məhv olmağa məruz olmayandır. Onun qalmasının nə qurtarması var, nə də nəhayəti. Qalmaq sifəti cənnət və cəhənnəmin qalması kimi deyil. Onların qalması əbədidir, amma əzəli deyil. Amma Allahın qalması əbədi və əzəlidir.
Əzəli - keçmiş və gələcək zamanlara nisbətdə bütün zamanlarda var olan deməkdir.
Əbədi isə gələcək zamana nisbətdə var olan.
البديع 'Əl-Bədi
Keçmişdə misli olmayan məxluqu yaradandır. Hər bir şeydə birinci olandır.
البارئء Əl-Bar
Xəlq edəndir. Yaradandır.
الاكرم Əl-Əkrəm
Kərim. Kərəmi çox olandır.
الظاهر Əz-Zahir
Onun vəhdaniyyətinin (təkliyinin) sübutuna aşkar dəlillərlə zahir olandır. Hər bir mövcud Onun vücuduna dəlildir. Bəzən ali və qalib olan mənasında gəlir.
الباطن. Əl-Batin
Fikrin və gözlərin dərk etməsindən gizli olandır. O, gizli olan zahirdir. Zatı bizə sirr olub, amma dəlil və işarələrlə zahir olandır. O, hicabsız (örtüksüz) batindir və yaxından müşahidə olunmadan zahirdir. Başqa mənada da ola bilər. Batində olan şeylər haqqında alimdir.
الحي Əl-Həyy
Fəaliyyətdə olan müdrik deməkdir. O, öz-özlüyündə diridir. Ölümə və məhv olmağa məruz olması qeyri-mümkündür. Diri olmaq üçün həyata möhtac deyil.
Mütləq (heç bir qeyd olmadan) diri ancaq Odur. Yəni başqasından asılı olmayandır.
Qeyd: Biz də diriyik. Sadəcə diri olmağımızda biz Ondan asılıyıq.
الحكيم Əl-Həkim
O, əşyalarının yaranışını möhkəm edəndir. "Əl-Həkim" odur ki, qəbeh iş görmür və zəruri şeyləri tərk etmir. O, şeyləri öz yerlərində qoyur. Həmçinin "Əl-Həkim" alimdir.
العليم Əl-Əlim
Özündən başqa heç kimin dərk edə bilmədiyi sirrlər və gizli olan şeylər barəsində elmi olandır.
الحليم Əl-Həlim
Bağışlama və dözüm sahibi olandır. O, günahkarların günahını görüb cəza verməyə tələsməyən bir ağadır. Həlim o kəsdir ki, cəza verməyə qüdrəti olduğu halda bağışlayıb təqsirdən keçəndir.
الحفيظ Əl-Həfiz
Varlıqların davamlı olmasını qoruyub saxlayan, və onları bütün fəsadlardan qoruyandır.
الحق Əl-Həqq
Vücudu gerçəkləşmişdir. Hər bir şey ki onun varlığı mümkündür, o, haqdır. Necə ki biz deyirik: "Cənnət və cəhənnəm haqdır, ölüm haqdır".
Və mütləq (heç bir qeyd olmadan) haqq odur ki, onun varlığı öz-özlüyündə həqiqidir. Yəni gerçəkləşməsində, var olmasında başqa şeyə ehtiyacı yoxdur. Əksinə, bütün şeylərin buna ehtiyacı var. Bu da Allah subhanəhu və təalə - bizim rəbbimizdir.
الحسيب Əl-Həsib
Kifayət edəndir. Çünki hər bir şeydə ancaq Onun olması kifayətdir. Bəzən hesab edən mənasında gəlir. Bəzən də hər şeyi əhatə edən, alim mənasında da gəlir.
الحميد Əl-Həmid
Həmdə layiq olandır. Həmd lüğətdə şükür, təşəkkür, minnətdarlıq mənasında gəlir. Yəni hər bir halda (asanlıq və çətinlikdə, sülh və müharibə halımızda, sağlam ya xəstə halımızda və s.), O, həmdə layiqdir.
الحفي Əl-Həfiyy
Yəni alimdir. Və bəzən "Əl-Lətif" (lütf edən) mənasında gəlir.
الرب Ər-Rabb
Malik deməkdir. Hər kəs ki bir şeyə malik oldu o “Rabb”dir. Ərəblərdə ev sahibinə "rabb əl-beyt" deyirlər, yəni evin maliki, sahibi. Lakin Allahdan başqasına "Ər-Rabb" deyilmir.
O, bütün şeylərə malik olandır və mülkü həqiqidir. Bizim mülkümüz isə etibaridir (yəni vasitə ilə əldə olunan).
الرحمن Ər-Rahmən
Bütün məxluqatlara rəhmandır. Hər şeyi əhatə edən rəhməti ilə ruzidə və yaşayış səbəblərində məxluqatı əhatə etmişdir. Bu rəhməti ümumidir, möminə və kafirə, itaətkara və günahkara şamildir.
الرحيم Ər-Rahim
Rəhmətini möminlərə məxsus (ancaq möminlərə aiddir) edəndir. "Ər-Rahmən" və "Ər-Rahim" iki isimdir ki, rəhmətin çox olmasına dəlalət edir və hər ikisi rəhmət sözündən götürülüb. Rəhmət isə nemətə dəlalət edir. Ona görə də Qurana, peyğəmbərə, imama, yağışa və sair rəhmət deyirlər. Yəni bunlar hamısı nemətdir. Yəni Allah təalə rəhm edəndə bizim kimi etmir, çünki Onun bizim kimi hissləri yoxdur. Allah isə bizə rəhm edəndə müəyyən neməti bizim üçün yaradır, qərar verir.
الذارئ Əz-Zari
Xəlq edəndir.
اارازق Ər-Raziq
Ruziyə zamin olandır. Ruzi ümümidir, hamıya şamildir, möminə və kafirə, itaətkara və günahkara.
"Ər-Razzaq" və "Ər-Raziq" eyni mənadadır. Lakin "Ər-Razzaq"da mübaliğə var, yəni çox ruzi verəndir.
Ruzi iki cürdür: zahiri və batini. Zahiri ruzi zahiri olan şeylər üçündür. Məsələn, bədən üçün yemək və içmək kimi olan şeylər. Batini ruzi isə batini olan şeylər üçündür. Məsələn, əql üçün elm və mərifət kimi olan şeylər.
الرقيب Ər-Raqib
Ondan heç bir şey gizli qalmayan, hifz edəndir. Həmçinin deyilib ki, mənası hifz edən alimdir.
الرؤوف Ər-Rauf
Öz bəndələrinə həssas və rəhim olandır.
الرائي Ər-Rai
Yəni alimdir.
Görən mənasında da gələ bilər. Lakin Onun görməyi görünən şeylər barəsində elmin olması mənasında izah olunmalıdır. Çünki Onun görmə alətləri yoxdur. Əks halda cisim olardı.
السلام Əs-Salam
Yəni salam sahibidir. "Salam", "جبار Əl-Cəbbar" Allahın sifətlərindəndir. Yəni o kəsdir ki, bütün eyib və nöqsandan salamatdır, səlimdir. Yəni o şeylər Onda yoxdur.
Deyiblər ki, "Əs-Salam" yəni salamat edəndir. Çünki salamatlıq Ondandır.
المؤمن Əl-Mumin
Yəni təsdiq edəndir. İmam də təsdiq deməkdir. Allah öz vədəsinə sadiqdir və onu təsdiq edir. Həmçinin möminlərin Onun barəsində yaxşı olan zənlərini təsdiq edir və onların ümidlərini puç etmir. Habelə, zülmdən amanda saxlayan mənasında da ola bilər. İmam Sadiqdən rəvayət olunub ki, "Əl-Bari" ona görə "Mumin" adlandırılır, çünki O ona itaət edəni əzabdan amanda saxlayır. Və mömin də ona görə mömin adlanıb, çünki o, Allaha aman üçün pənah aparır, Allah isə ona aman verir.
المهيمن Əl-Muhəymin
Şahid deməkdir. Bəndələrin etdiyi işlərə və danışdıqlarına şahiddir. Çünki yerdə və göydə Ondan ən kiçik şey belə gizli qalmır. Deyilib ki, mənası qoruyandır. Həmçinin deyilib ki, mənası əmindir.
العزيز Əl-Əziz
Məğlubedilməz deməkdir. Həmçinin “Əziz" tayı-bərabəri olmayana da deyilir.
الجبار Əl-Cəbbar
Bəndələrin sınıqlarını sarğı edəndir (sağaldan, düzəldəndir). Ruzi və yaşayış səbəblərini təmin edib.
Deyilib ki, "Əl-Cəbbar" məxluqatdan ali və uca olan deməkdir. Deyilib ki, "Əl-Qahir" mənasındadır.
المتكبر Əl-Mutəkəbbir
Böyülük sahibidir. O, malikdir. Ya məxluqatın sifətlərindən çox uca olandır, ya həddi keçənlərə, təkəbbürlük edənlərə təkəbbür (öz böyüklüyünü göstərən) edəndir.
"Əl-Mutəkəbbir" - böyüklük və əzəmət sifətlərinə layiq olandır.
السيد Əs-Səyyid
Yəni malik deməkdir. Qövmün malikinə və böyüyünə seyyid deyərlər. Onlara seyyidlik edir (idarə edir).
"Peyğəmbər buyurub: Əli ərəblərin seyyididir (ağası, malikidir).
Aişə dedi: Sən ərəblərin seyyidi deyilsənmi?
Həzrət buyurdu: Mən Adəm övladlarının seyyidiyəm, Əli isə ərəblərin seyyididir.
Aişə soruşdu: Seyyid nədir?
Rəsulullah buyurdu: Mənim itaətim vacib olduğu kimi itaəti vacib olan kəsdir."
Bu rəvayətə əsasən, seyyid o kəsdir ki, onun itaəti (ona itaət etmək) vacibdir.
السبوح Əs-Subbuh
Bütün nöqsan və eyiblərdən uzaq olandır.
الشهيد Əş-Şəhid
Heç bir şey Ondan gizli, sirli qalmır. Hər şeyi müşahidə edir. Bəzən bilən mənasında gəlir.
Zahiri şeylər barəsində elmi olana da şəhid deyirlər və O, qiyamət günündə bəndələrdən bildiyi və şahid olduğu şeylər barəsində şəhadət verən kəsdir.
الصادق Əs-Sadiq
Öz vədinə sadiq olandır. O, əhdinə vəfa edənin savabını azaltmaz.
الصانع Əs-Sani
Hər bir şeyi düzəldəndir. Hər bir məxluqu yaradandır.
الطاهر Ət-Tahir
Məxluqatın sifətlərindən uzaq olandır. Mümkünlərin (bütün məxluqat - mümkündür) sifətlərdən uca olandır.
العدل Əl-Ədl
Həvayı-nəfsi olmayıb, ona meyl edib hökmündə həddi təcavüz etməyəndir. Yəni, bizdə olan nəfsani istəkləri yoxdur ki, onlara meyl edib ədalətli hökm çıxarmasın və əgər insan təyin olunmuş hədləri təcavüz etmirsə, adil adlandırılır.
العفو Əl-Əfuvv
Günahları məhv edib həsənatla (gözəl işlərlə) əvəz edəndir. Günahkarın cəzasından keçəndir. Yəni, onu bağışlayıb cəzalandırmır.
الغفور Əl-Ğafur
Axirətdə günahkarları çox bağışlayan və cəzalandırmaqdan imtina edəndir.
الغني Əl-Ğaniy
Öz-özlüyündə hər bir işdə hər şeydən ehtiyacsız olandır. Məxluqatlardan ehtiyacsızdır. Onlar isə Ona möhtacdırlar.
الغياث Əl-Ğiyas
Kömək edən, xilaskardır. Çünki O, çox kömək edir və zərər çəkənlərin dualarını qəbul edir.
الفاطر Əl-Fatir
Xəlqi yoxdan yaradandır.
الفرد Əl-Fərd
Rububiyyətdə yeganə olandır. Misli olmayandır.
الفتاح Əl-Fəttah
Bəndələr arasında hökm edəndir və O, həmin kəsdir ki, bəndələrinin üzünə ruzi və rəhmət qapları açır. Hər bir bağlı olan şey onun köməyilə açılır.
الفالق Əl-Faliq
Bir şeyi o birisindən yarıb zahirə çıxarandır. Sübhü gecədən, ölünü diridən, dirini ölüdən.
“Ənam” surəsinin 95-ci ayəsində Allah təalə buyurub:
"إِنَّ اللَّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَىٰ ۖ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ ۚ ذَٰلِكُمُ اللَّهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ"
"Həqiqətən, Allah toxum və çərdəyi yarandır. O, ölüdən diri çıxarır (toxumları otlardan, heyvanları nütfələrdən, insanların ruhlarını bədənlərdən, mömin övladları kafirlərdən yaradır) və diridən ölü (yaşıl otdan dənli bitki və quru meyvələr, diridən ölü cəsəd, möminlərin nəslindən kafir övladlar) çıxarandır. Odur Allah! Belə isə (haqdan) haraya və necə döndərilirsiniz?!"
Həmçinin həmin surəsinin 96-ci ayəsində buyurur:
"فَالِقُ الْإِصْبَاحِ وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ"
"Sübhü yarandır (Allah). O, gecəni rahatlanma mənbəyi, günəş və ayı hesablama üçün vasitə etmişdir. O (işlər) qüdrətli və bilənin ölçü və miqyasıdır!
Və Musa (ələyhissəlam) üçün də dənizi yaran Odur.”
القديم Əl-Qədim
Bütün şeylərdən qabaq olandır. Onun başlanğıcı yoxdur. Və Onun olmayan vaxtı ola bilməz.
الملك Əl-Məlik
Hər bir şeyin tam və mütləq sahibi olandır. Ya əmr olunanlarda əmr edən və nəhy (qadağan) edəndir. Ya O kəsdir ki, öz-özlüyündə hər şeydən ehtiyacsızdır və hər şeyin Ona ehtiyacı var.
القدوس Əl-Quddus
Mübarək olandır. Eyiblərdən pak, ziddlərdən və oxşarlardan uzaq olandır.
القوي Əl-Qəviy
Yəni qadir. Və “Qəviy"in mənası odur ki, O, həmin qadirdir ki, aciz olmaz.
القريب Əl-Qarib
Dualara cavab verəndir. Həmçinin qəlblərdə olan vəsvəsələri bilən mənasında də gəlir. Necə ki Qurani-kərimin Qaf surəsinin 16-ci ayəsində Allah təalə buyurur:
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ
İnsanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq.
Onun bizə yaxınlığın mənası Onun bizim hər bir hərəkətimiz haqqında elmidir. Həmçinin bizim Ona yaxınlaşmağımız da Ona tam olan itaət və gözəl ibadət etməyimizdir.
القيوم Əl-Qayyum
Aradan getməyən, məhv olmayan, daimi olandır. Və deyilib ki, “Əl-Qayyum” hər şeyə riyayət edəndir.
القابض Əl-Qabiz
Fəqirlərin ruzisini götürüb öz hikməti ilə təqdir edəndir. Və deyilib ki, ölüm vaxtı ruhları çıxaran mənasındadır. Həmçinin deyilib ki, malik olan mənasındadır.
الالباسط Əl-Basit
O kəsdir ki, öz rəhməti və kərəmi ilə bəndələrinin ruzilərini elə təmin edir ki, ehtiyacları qalmasın.
Qeyd: Allah təmin edir. Lakin bəzi səbəblərə görə ruzi kifayət olan miqdarda fəqirə gəlib çatmır. Ya kimsə həmin ruzinin qarşısını alır, ya da fəqir özü ruzinin azalmasına səbəb olur.
القاضي Əl-Qazi
Əmrlərinə itaət edib qadağalarından çəkinməyə öz bəndələrinə itaət hökm, qəzavət edəndir.
Onun qəzavəti 3 cür olur:
“İsra” surəsinin 4-cü ayəsində Allah təalə buyurur:
وَقَضَيْنَا إِلَىٰ بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا
“Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız.”
“FFussilət" surəsinin 12-ci ayəsində Allah təalə buyurur:
فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَىٰ فِي كُلِّ سَمَاءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ
“Beləliklə, onları iki gündə yeddi göy olaraq etdi (tamamladı) və hər bir göydə onun işlərini vəhy etdi. Və sizə yaxın olan göyü çıraqlarla bəzədik və onu qoruduq. Bunlar qüdrətli, bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir.”
Axrıncı ayə barəsinda sual yarana bilər. Niyə görə iki günə tamamladı? Axı deyə bilərdi "Ol," o da olardı...
Cavab: O, aciz deyildir. O, acizlikdən çox uca və uzaqdır. Bunu qəti surətdə bilirik. Əqli dəlillərlə sabit olub və nəqli dəlillər də bunu təsdiq edir. Lakin Allahın hikməti belə tələb etdiyi üçün burada iki günə yaratdı.
الالمجيد Əl-Məcid
Əlaçıq (məcazi mənada), kərimdir.
Əziz və şərafətli mənasında da ola bilər.
المولى Əl-Məvla
Möminlərə kömək edəndir. “Ayətul-kursiy”də “Vəliy” bu mənada başa düşülür. Amma çox vaxt ən üstün, ən layiq mənasında gəlir. Və kiminsə işlərinə məsul olan, səlahiyyəti olandır. Uşağın vəlisi kimi.
المنان Əl-Mənnan
Əta edən, neymət verəndir.
المميط Əl-Muhit
Hər şeyi əhatə edən, hər cür imkanı olandır. Hər bir şey barəsində alimdir. Qüdrətindən heç bir şey çıxa bilməz, böyük ya kiçik, aşkar ya gizli...
المبين Əl-mubəyyin
Öz xəlqinin və qüdrətinin əsərləri ilə açıq-aşkar zahir olandır. Öz hikmətini izhar edəndir.
المقيت Əl-muqit
Qüdrətli, güclü, hər şeyə qadir olandır. Və deyilib ki, mənası hifz edən, qoruyandır. O, hər bir şeyə ehtiyacı olduğu miqdarda əta edir. Həmçinin qida verən mənası da ola bilır.
الالمصور Əl-Musavvir
Muxtəlif şəkildə məxluqatı yaradandır, ona görə ki, onlar seçilsinlər. Onlara surət verəndir.
Burada sual əmələ gələ bilər: Bir neçə dənə ad var ki, bunlar xəlq etmək mənasını verir. Məsələn, “Əl-Xaliq”, “Əl-Bari'”, “Əl-Musavvir”. Belə gərək olmasın axı.
Cavab: Bəli, belə deyildir.
“Əl-Xaliq” o kəsdir ki, hər hansı mümkün olan bir şeyi yaratmamışdan əvvəl yoxdan varlığa çıxarır və onun necəliyini təyin edir.
“Əl-Bari'” isə təyin olunmuş necəliyinə əsasən həmin şeyi vücuda gətirir, icad edir (var edir).
“Əl-Musavvir” isə ona muxtəlif şəkilər verir.
Bunlar hamısı Allahda cəm olub. Ona görə də, O, eyni anda “Əl-Xaliq”, “Əl-Bari'” və “Əl-Musavvir”dir.
الكريم Əl-Kərim
Səxavətli, artıqlamasıyla əta edəndir.
الكبير Əl-Kəbir
Böyüklük, əzəmət və mülk sahibidir. Deyilib ki, mənası seyyiddir.
الكافي Əl-Kafi
Ona təvəkkül edən hər bir kəsə kifayət edəndir. Yəni onu ehtiyacı olan bütün şeylərlə elə təmin edib ehtiyacsız edir ki, başqasına ehtiyacı qalmır.
كاشف الضر Kaşifu-zzurr
Bütün zərər və çətinliyi aradan qaldırandır. Çətinliyi olanın bütün çətinliyini həll etməyə qadir olandır.
Quranda Allah təalə buyurur:
أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ (النجم ٦٢)
“(O şəriklərmi yaxşıdır,) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir ilah var?! Çox az öyüd-nəsihət alırsınız! (“Ən-Nəml” 62)”
الوتر Əl-Vətr
"Vav" fəthə və ya kəsrə ilə oxuna bilər: "Əl-Vətr" ya "Əl-Vitr".
Fərd, tək, yeganə olandır. Müstəqil halda, heç nədən asıllığı olmayan, mövcud olan varlıqdır. O, hər şeydə müstəqildir.
Və hər bir şey tək olsa, ona "vətr" (ya "vitr") deyilir. Ona görə də "Vətr" namazı elə adlandırılır. Çünki o, bir rükətdən ibarətdir.
النور Ən-Nur
O kəsdir ki, Onun nuru ilə görə bilməyənlər görür. Yəni onun inayəti olmasa, biz görə bilmərik. Və onun hidayəti ilə azğınlar hidayət olur. Yəni onun hidayti olmasa, hidayət ola bilmərik.
Nur, yəni işıqlandıran. Çünki necə ki işıq vasitəsilə biz yolu tapırıq, elə də O bizə hidayət yolunu göstərir. Onunla yer və göy əhli öz məsləhətlərinə çatır.
Və həmçinin, O, nuru yaradıb, nurlandırıb. Ona görə, O, "Ən-Nur" adlandırılır.
Və deyilib ki, O bütün məxluqatı varlıqla nurlandırıb onları ədəm zülmətindən çıxarır.
الوهاب Əl-Vəhhab
Hədiyyə və əta etməyi çox olandır. O, fənası olmayan ətalarla bizə kəramət göstərir.
Hər kəs ki dünya nemətlərindən birini hədiyyə əta etsə, "Vahib" adlanır, "Vəhhab" yox. Çünki "Əl-Vəhhab" o kəsdir ki, onun verdikləri daimidir. Amma bizim verdiklərimiz müvəqqətidir və bəzi hallarda baş verir, bəzi hallarda isə yox.
الناصر Ən-Nasir
Məzlumlara kömək edəndir.
"Ən-Nasir" və “Ən-Nəsir" eyni məna daşıyır.
الواسع Əl-Vasi
O kəsdir ki, Onun hökuməti yerləri və göyləri əhatə edir və Onun elmi hər şeyi əhatə edir. Onun ehtiyacsız olması bizim ehtiyaclı olmağımızı əhatə edir. Və onun ruzisi bütün xəlqi əhatə edir.
Və deyilib ki, mənası qənidir, yəni ehtiyacsız.
الودود Əl-Vədud
O kəsdir ki, öz bəndələrinə məhəbbəti çoxdur. Yəni onlardan razıdır və onların əməllərini qəbul edir. Və deyilib ki, O, bəndələrə bütün məxluqatı sevdirir. Yəni elə edir ki, biz başqalarını sevək.
Həmçinin zikr olunub ki, onun mənası odur ki, O, seviləndir. Yəni tabe olan bəndələrinə verdiyi nemətlər nəticəsində onlar Onu çox sevirlər.
الهادي Əl-Hadi
O kəsdir ki, bütün xəlqi hidayət etməklə onlara minnət qoymuşdur. Və onları təkallahlıq fitrəti ilə yaratması ilə onlara təvhidin nurunu əta etmişdir. Onlara sağlam əql, ilham, dəlillər, əlamətlər və öz höccətləri ilə gələn elçilər əta etmişdir ki, bütün bunlarla təvhidi dərk edə bilsinlər. Və bütün bu ətaların hər biri bizə kömək edə bilər ki, biz Onu tanıyaq.
الوفي Əl-Vəfiy
Öz əhd və vədinə vəfalı olandır. Vəfa xəyanətin ziddidir. Bir işə vəfa etmək tam və çox olmaq mənasındadır.
Haqqına vəfa etmək yəni haqqını tam vermək. Bir adamdan haqqımı götürmək yəni öz haqqımı tam olaraq götürmək.
الوكيل Əl-Vəkil
O bizim işlərimizdə bizim vəkilimizdir, bizim üçün həmin işləri görəndir. Və bizi qorumaqla müvəkkil (Müəyyən bir işi görmək üçün vəkaləti, səlahiyyəti olan) olandır. Həmçinin, etimad olunan və sığınacaq mənasında ola bilər.
Təvəkkülün mənası etimad və sığınmadır. Yəni biz gücümüz catmadığımız şeydə Ona üz tutub, Ona sığınıb, Ona etimad edib, Ondan kömək istəyirik. O isə bizim vəkilimiz olduğuna görə həmin işlərdə bizi qoruyur, həmin işləri bizim əvəzimizə icra edir.
Həmçinin, deyilib ki, “Əl-Vəkil” yəni bəndələrin ruzisinə kifayət olan və onların məsləhətlərinə riayət edəndir. Bu mənaya aşağıdaki ayə işarə edir:
الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ
“Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir».” “Ali-İmran” 173
الوارث Əl-Varis
Maliklər fəna (həlak) olandan sonra bütün mülk ona qayıdır. Allah, bütün məxluqatın fənasından sonra, qalır. O, “Əl-Baqi”dir.
Quranda buyurur:
يَوۡمَ هُم بَٰرِزُونَۖ لَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِنۡهُمۡ شَيۡءٞۚ لِّمَنِ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَۖ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ
“Onların zahir və aşkar olacaqları gün (ilə)! Allaha onların heç nəyi gizli qalmayacaqdır. (Və Allah tərəfindən deyiləcək:) Bu gün mülk kimə məxsusdur? (Və belə cavab veriləcək:) Tək və qüdrətli Allaha məxsusdur.” “Ğafir” 16
البر Əl-Bərr
Bəndələrinə ehsan edəndir. Yəni yaxşı işlər edəndir. Onun ehsanı bütün məxluqata aiddir. Salehlərin savabını artırır, çoxaldır. Saleh olmayanların tövbəsini qəbul edir, əzabından əfv edir.
الباعث Əl-Bais
Öldükdən sönra xəlqi dirildəndir. Vəfatdan sonra qaytarıb haqq-hesab üçün dirildəndir.
التواب Ət-Təvvab
Tövbəsi çox olandır. Odur tövbələri qəbul edən. Və bəndə günahdan tövbə etdikdə onu əfv edən Odur. Bəndədən hər vaxt ki tövbə təkrarlandı, tövbəsini təkrar olaraq qəbul edir.
Tövbənin həqiqəti - insanın etdiyi günahlardan peşman olmasıdır. Ona görə deyilib, ki peşmanlıq tövbədir. Məəlumdur ki, peçmanlığın tələb etdiyi işlərdən insanın günahı tərk etməsinə əzm göstərməsi və həmin günahlara qayıtmamasıdır. Necə ki həqiqətən peşman olan adam bundan çıxan işlərin islah etməsinə səy göstərir. Əgər həmin işlər Allahın hüquqlarından olsa, Allahdan bağışlama və əfv olunmasını istəməlidir. Və insanın boş "Əstəğfirullah" sözü tövbə deyil. Əksinə, bununla bərabər etdiyi günahlardan peşman olması və onlara qayıtmamaq əzmin olması və imkan olduğu sürətdə bundan çıxan işlərin islah etməsinə dair qərarlı olması vacibdir.
Gərək günahkar Allahın rəhmətindən məyyus olmasın və bilsin ki, həqiqətən Allah kərimdir, rahimdir, tövbə edənləri və özlərini pak edənləri sevir.
Əl-Əyyaşi öz təfsirində imam Sadiqdən (əleyhissəlam) zikr edib ki, imam deyib: “Bir saat təfəkkür etmək bir il ibadətdən xeyirlidir və o şeylərdən ki günahın tərk etməsinə təsir göstərir: Xaliqin əzəmətində və əzəmətli haqqında , onun hazır, nazir və hər şeyə əhatə etmiş olması barədə təfəkkür etməkdir.”
“Nəhcul-bəlağə”də Əmirəlmöminindən (əleyhissəlam): “Xəlvətdə olan Allahın günahlarından qorxun, çünki şahid olan elə hökm edəndir.”
الجليل Əl-Cəlil
Əzəmət və ucalıq sahibidir. Və bütün uca sifətlərlə (ehtiyacsızlıq, mülkiyyət, qüdrət, elm, nöqsanlardan uzaq olmaq və s. ) vəsf olunandır. Və O, əzəmət sahibidir ki, bütün əzəmətlər onun yanında kiçikləşir.
Burada əzəmətli və kiçik məcazi mənada istifadə olunur. Çünki Allah cisim deyildir.
الجواد Əl-Cəvad
Nemət verən və ehsan edəndir. Çox ehsan edəndir.
“Əl-Kərim” adı ilə “Əl-Cəvad” adın fərqi odur ki, “Kərim" istəyəndən sonra verir, “Cəvad" isə istəmədən.
الخبير Əl-Xəbir
Bütün şeylərin daxili sirr və xüsusiyyətlərinə alim olandır. Həqiqətləri biləndir.
الخالق Əl-Xaliq
Misli olmayan məxluqatı icad və ixtira edəndir. Yəni hər bir şeyi yaratdıqda onun misli, tayı-bərabəri olmadan onu yaradır. Biz isə hər hansı bir şey düzəltmək üçün nəyəsə əsaslanıb onu düzəldirik.
“Əl-Musəvvir” adını izah edəndə “Xaliq", “Bari'” və “Musavvir” arasında olan fərq izah olunub.
خير الناصرين Xeyrun-Nasirin
Çoxsaylı köməyini təkrar edəndir. Necə ki “Xeyrur-Rahimin” rəhm etməyi çox təkrar edənə deyilir, həmçinin, O, kömək edənlərin ən yaxşısıdır. Yəni hər hansı bir kömək etsə, o işə zaval yoxdur və onu məğlub etmək mümkün deyil.
الديان Əd-Dəyyan
Bəndələrinə öz əməllərinin cəzasını verəndir. Yaxşı əməllərin cəzası savab, pis əməllərin cəzası isə əzabdır.
Həmçinin, hakim, qazi və bunlara bənzər mənasında da ola bilər.
Din sözündən götürülüb. Dinin mənası isə cəzadır. Bəzi təfsirçilər “Fatihə" sürəsində olan "Maliki yəvmid-din" ayəsini “Cəza günün sahibi” mənasında təfsir ediblər.
Din kəlməsi üçün başqa mənalar də zikr olunub. Onlardan:
Ola bilsin ki, bütün zikr olunan mənalar düzdür.
الشكور Əş-Şəkur
Hətta yüngül itaətə görə təşəkkür edir və bunun müqabilində çoxlu savab verir. Nemətlərin ən əzəmətlisini verir və az şükrə razı olur.
Şükür lüğətdə ehsana etiraf etmək mənasındadır. Yəni hər hansı bir nemətin Allahdan olduğunu etiraf etsək, bu şükür deməkdir.
Allah-təalə bəndələrinə ehsan edib onlara nemətlər verir. Allah-təalə bəndələrin itaətinə görə onlara əzəmətli savab verir. Savab isə tərif və təzimlə birlikdə olan qazanılan bir mənfəətdir. Yəni hər hansı bir itaətimiz olsa, Allah-təala bu itaətin müqabilində bizi tərifləyib müəyən olunmuş mənfəəti bizə verəcək.
العظيم Əl-Əzim
Əqllərin dərk edə bilmədiyi əzəmət sahibidir.
Və deyilib ki əzəmətli xəlqi yaratdığına görə Allah əzim adlandırılır.
اللطيف Əl-Lətif
Bəndələrinə yaxşılıq edib bilmədikləri halda onlara lütf edəndir.
Lütf - mehribanlıq, yumşaqlıq, xoş, alicənab münasibət mənasını daşıyır.
Deyilib ki, lətif xəlqi yaratdığına görə O, “Əl-Lətif” adlandırılıb.
Və deyilib ki, O, az təklif edib çox nemət verən mənasındadır.
Həmçinin deyilib ki, O, hər bir şeyin dərinliyinə nufuz edib və belə bir yer yoxdur ki, O olmasın. O, hər bir yerdə və hər bir şeyin içindədir, daxilindədir.
الشافي Əş-Şafi
Dərman vasitəsi olmadan şəfa və sağlamlıq ruzi edəndir. Və yüngül dua ilə bəlanı dəf edəndir. Və kişik sınaqlara görə əzəmətli mükafat verəndir.
Bu sətirlərdən ayrılmazdan öncə bir neçə şeyi nəzərinizə çatdırmaq istəyərdim.
Allahın 99 adı var, əgər hər ad məna olsaydı, hər ad “İlah" olardı. Lakin Allahın bir mənası var ki, bu adlar ona dəlalət edir.
Əlhəmdu Lilləhi Rabbil-Aləmin.
Bu kiatabın tamamlanması 2 ramazan 1442-ci hicri ili tarixinə təsadüf etmişdir.
Tərtib edən: Şeyx Fərhad Nəcəfi.
Redaktor: Orxan Vəlizadə.
text/gemini
This content has been proxied by September (ba2dc).